No Image
No Image

Bədbəxt evlilik kişilər üçün ölümcül ola bilər - ARAŞDIRMA

Bədbəxt evlilik kişilər üçün ölümcül ola bilər - ARAŞDIRMA
Evlilikdə xoşbəxt olmayan kişilərin ölüm riski yüksəkdir.

Sfera.az xəbər verir ki, bu barədə İsrail elm adamları araşdırma aparıb.
 
Belə ki, Tel Aviv universitetinin bu istiqamətdə yeni tədqiqatlarında yaşı 30-dan çox olan 9 min evli kişilərin sağlamlıq göstəriciləri analiz edilib.
 
Nəticələrə görə, evliliyində bədbəxt olan kişilər xoşbəxt olanlarla müqayisədə başda iflic olmaqla, digər ölüm riski daşıyan xəstəliklərə yoluxma ehtimalının çox olduğu bəlli olub. Araşdırmaçılar, əvvəlcə 1965-ci ildə qeydiyyata alınan 8 min 945 evli kişinin sağlamlıq göstəricilərini nəzərdən keçirib və həmin şəxslərin evliliklərini 1-4 arası balla qiymətləndirməklərini istəyiblər. Evliliklərinə aşağı bal verən kişilərin yüksək bal verənlərlə müqayisədə iflicdən ölmə ehtimallarının 69 faiz daha çox olduğu məlum olub. Tədqiqatçılar həmçinin, yaşı 50-dən az olan kişilər arasında evliliklərindən məmnun olmayanların ölüm riskinin 39,4 faiz,  yaşı 50-dən yuxarı olanlarda isə bu rəqəmin 6,5 faiz olduğunu bildiriblər. 

Araşdırmanın baş yazarı həkim Şahar Lev-ari "Maraqlısı odur ki, kişilərin evliliklərindən məmnun olmaması nəticəsində yaranan ölüm nisbəti, siqaret çəkmək və ya idman etməməklə oxşardır" deyə vurğulayıb.

Elm adamları ölüm riskini azaltmaq məqsədilə sağlamlıq qurumlarını insanları evlilik terapiyasına təşviq etməyə çağırıb.
 
Zeynəb
Sfera.az
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Qəhvə koronavirus riskini azaldır - Alimlərin ARAŞDIRMASI

Yeni bir araşdırma gündəlik qəhvə istehlakının koronavirus xəstəliyi riskini yüzdə on azaldığını göstərib, çünki içki immunitet sisteminə "turbotəkan" verir. ...

Azərbaycanda bu Səhiyyə İdarələri LƏĞV EDİLDİ

Bakı Baş Səhiyyə İdarəsi, Sumqayıt şəhər Səhiyyə şöbəsi və Gəncə şəhər Səhiyyə İdarəsi ləğv edilib. Sfera.az bildirir ki, Unikal.org-un əldə etdiyi məluma...

Hande Harmancıdan "Delta" ştammı ilə bağlı XƏBƏRDARLIQ: "Sentyabr-oktyabrda..."

"Pandemiya hələ bitməyib, amma hava düzəlib, buna görə daha optimistik, Amma hamıdan xahiş edirəm, özümüzü qorumağı unutmayaq”.   Sfera.az-ın məlumatına...

Koronavirusa yoluxmanın azalmasına isti hava təsir edib? - Həkimdən AÇIQLAMA

Hava şəraitinin davamlı şəkildə isti keçməsinin koronavirus statistikasına da təsir etdiyi bildirilir. Belə ki, günəş şüalarının virusu məhv etdiyi və bu səbəbl...

Bədbəxt evlilik kişilər üçün ölümcül ola bilər - ARAŞDIRMA

Evlilikdə xoşbəxt olmayan kişilərin ölüm riski yüksəkdir. Sfera.az xəbər verir ki, bu barədə İsrail elm adamları araşdırma aparıb.   Belə ki, Tel ...

Vasif İsmayıl: “Ölkədə üçüncü dalğa bitir, yoluxma sıfıra düşə bilər” - VİDEO

Həftəlik göstəricilərə əsasən, deyə bilərik ki, Azərbaycanda üçüncü dalğa bitməyə doğru gedir. Sfera.az xəbər verir ki, bunu ARB24-ün "İşgüzar səhər” veri...