No Image
No Image

Ceyhun Bayramov səudiyyəli həmkarı ilə görüşdü

Ceyhun Bayramov səudiyyəli həmkarı ilə görüşdü
Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri çərçivəsində 24 iyun 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramovla Səudiyyə Ərəbistanı xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Al Səud arasında görüş keçirilib.

Sfera.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı şahzadə Feysəl Al Səud iki ölkə arasında münasibətlərin səviyyəsindən razılığını bildirərək, əlaqələrin möhkəm təməllər üzərində qurulduğunu qeyd edib. Azərbaycanın döst və qardaş ölkə olduğunu vurğulayıb.

C.Bayramov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Səudiyyə Ərəbistanına səfərinin ölkələrimiz arasında münasibətlərin tarixində mühüm yer tutduğunu bildirərək, iki döst dövlət arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb.

Nazir Ceyhun Bayramov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və onun nəticələrinə toxunaraq, Səudiyyə Ərəbistanının Azərbaycana bu məsələdə həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlar çərçivəsində verdiyi dəstəyi yüksək qiymətləndirib.

Nazir səudiyyəli həmkarına post münaqişə mərhələsi və azad edilmiş ərazilərdə mövcud olan vəziyyət, bu ərazilərdəki onilliklər ərzində törədilən dağıntıların miqyası, mina təhlükəsi, minaların təmizlənməsi, bərpa və quruculuq işlər barədə ətraflı məlumat verib. O, Azərbaycan ilə Ermənistan arasında ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında sülh sazişinin imzalanmasının vacib olduğunu vurğulayıb.

İqtisadi sahədə əməkdaşlığın əhəmiyyətini vurğulayan nazir Ceyhun Bayramov ölkələrimiz arasında külək enerjisi sahəsində əməkdaşlığı yükəsk qiymətləndirib. Turizm sahəsində əməkdaşlığa istinad edilərək, 2016-cı ildə Körfəz ölkələrinin vətəndaşları üçün vizaların rəsmiləşdirilməsi prosedurlarının sadələşdirilməsindən sonra Azərbaycana gələn səudiyyəli turistlərin sayının bir neçə dəfə artdığı vurğulanıb və müsbət dinamikanın pandemiyadan sonrakı dövrdə də davam edəcəyinə inamını ifadə edilib.

Səudiyyə Ərəbistanının xarici işlər naziri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ermənistanla münasibətlərin normallaşdırılması ilə bağlı mövqeyinin təqdirəlayiq olduğunu bildirib. Şahzadə Feysəl bin Fərhan Səudiyyə Ərəbistanının Azərbaycana hər cür dəstəyi göstərməyə hazır olduğunu bildirib.

Görüş zamanı nazir C.Bayramov səudiyyəli həmkarını Azərbaycana səfərə dəvət edib. Səudiyyə Ərəbistanının xarici işlər naziri dəvəti məmnuniyyətlə qəbul edib.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Ceyhun Bayramov Filip Rikerə Ermənistanın təxribatından danışdı

Xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə Dövlət Katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker arasında telefon d...

Mikayıl Cabbarov İsrailin xarici işlər naziri ilə görüşdü

Azərbaycan və İsrail arasında dostluq və səmərəli tərəfdaşlıq əlaqələrimizin inkişafı üçün möhkəm zəmin yaradır. Sfera.az xəbər verir ki, bunu İqtisadiyya...

Azərbaycan - Moldova əməkdaşlığı müzakirə edildi

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ölkəmizdə səfərdə olan Moldova Respublikası Milli Sosial Sığorta Kassasının nümayəndə heyəti ilə görüşüb....

“Təxribatlar cavabsız qalmayacaq” – Azərbaycanın növbəti addımı

"Ermənistan tərəfindən həyata keçirilən bu təxribatlar heç vaxt cavabsız qalmayıb və bundan sonra da cavabsız qalmayacaq”.   Bunu Sfera.az-a açıqlamasınd...

Zakir Həsənov ABŞ generalı ilə sərhəddəki vəziyyəti müzakirə etdi

Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov ABŞ-ın Oklahoma ştatının qubernatoru Con Kevin Stittin başçılıq etdiyi və həmin ştatın Milli Qvardiyasının...

Zakir Həsənovdan sərhəddəki insidentlə bağlı AÇIQLAMA

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Ermənistanın sərhəddə törətdiyi təxribatlara münasibət bildiirb. Sfera.az-ın xəbərinə görə, na...