Ceyhun Bayramov səudiyyəli həmkarı ilə görüşdü

Ceyhun Bayramov səudiyyəli həmkarı ilə görüşdü
Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri çərçivəsində 24 iyun 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramovla Səudiyyə Ərəbistanı xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Al Səud arasında görüş keçirilib.

Sfera.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı şahzadə Feysəl Al Səud iki ölkə arasında münasibətlərin səviyyəsindən razılığını bildirərək, əlaqələrin möhkəm təməllər üzərində qurulduğunu qeyd edib. Azərbaycanın döst və qardaş ölkə olduğunu vurğulayıb.

C.Bayramov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Səudiyyə Ərəbistanına səfərinin ölkələrimiz arasında münasibətlərin tarixində mühüm yer tutduğunu bildirərək, iki döst dövlət arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb.

Nazir Ceyhun Bayramov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və onun nəticələrinə toxunaraq, Səudiyyə Ərəbistanının Azərbaycana bu məsələdə həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlar çərçivəsində verdiyi dəstəyi yüksək qiymətləndirib.

Nazir səudiyyəli həmkarına post münaqişə mərhələsi və azad edilmiş ərazilərdə mövcud olan vəziyyət, bu ərazilərdəki onilliklər ərzində törədilən dağıntıların miqyası, mina təhlükəsi, minaların təmizlənməsi, bərpa və quruculuq işlər barədə ətraflı məlumat verib. O, Azərbaycan ilə Ermənistan arasında ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında sülh sazişinin imzalanmasının vacib olduğunu vurğulayıb.

İqtisadi sahədə əməkdaşlığın əhəmiyyətini vurğulayan nazir Ceyhun Bayramov ölkələrimiz arasında külək enerjisi sahəsində əməkdaşlığı yükəsk qiymətləndirib. Turizm sahəsində əməkdaşlığa istinad edilərək, 2016-cı ildə Körfəz ölkələrinin vətəndaşları üçün vizaların rəsmiləşdirilməsi prosedurlarının sadələşdirilməsindən sonra Azərbaycana gələn səudiyyəli turistlərin sayının bir neçə dəfə artdığı vurğulanıb və müsbət dinamikanın pandemiyadan sonrakı dövrdə də davam edəcəyinə inamını ifadə edilib.

Səudiyyə Ərəbistanının xarici işlər naziri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ermənistanla münasibətlərin normallaşdırılması ilə bağlı mövqeyinin təqdirəlayiq olduğunu bildirib. Şahzadə Feysəl bin Fərhan Səudiyyə Ərəbistanının Azərbaycana hər cür dəstəyi göstərməyə hazır olduğunu bildirib.

Görüş zamanı nazir C.Bayramov səudiyyəli həmkarını Azərbaycana səfərə dəvət edib. Səudiyyə Ərəbistanının xarici işlər naziri dəvəti məmnuniyyətlə qəbul edib.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

İlham Əliyev Berdiməhəmmədovu təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədova təbrik məktubu ünvanlayıb. Sfera.az-ın məlumatına...

“Rəsmi Bakı həmsədrlərə ikinci şans verdi: Bu görüşdə iştirak etməsəydilər...” - ŞƏRH

"Həmsədrlər axır ki, arzularına çatdılar. Ermənistan və Azərbaycan xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovla ayrı-ayrı, eləcə də birgə görüşlə...

Rusiya MN-nin paylaşdığı yeni xəritə nəyə işarədir? – “Delimitasiya zamanı bu ərazilər də Azərbaycana VERİLƏCƏK”

"Uzun zamandan sonra Rusiya Müdafiə Nazirliyi fərqli bir xəritə yayımlayıb. Bu xəritədə "Dağlıq Qarabağ" sərhədləri silinib və Azərbaycan ərazisinə daxil edilib...

Bayramov-Mirzoyan görüşündə ATƏT-in Minsk Qrupu buna görə iştirak edib - ŞƏRH

"Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında baş tutan görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri də iştirak edi...

Sahibə Qafarova Qazaxıstana səfərə gedir

Sentyabrın 27-dən 29-dək Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Qazaxıstan Respublikasında işgüzar və rəsmi səfərdə ol...

"Heç bir xarici güc İranı işğal edə bilməz" - İranın Azərbaycandakı səfiri

"Heç bir xarici güc İranı işğal edə bilməz".   Sfera.az xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Tvitter hesabında yazıb. ...