No Image
No Image

Fəridə Əzizova Tokio-2020-yə lisenziya qazandı

Fəridə Əzizova Tokio-2020-yə lisenziya qazandı
Azərbaycan yığması Tokio-2020 Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb.

Sfera.az xəbər verir ki, milli komandamıza növbəti lisenziyanı taekvondoçu Fəridə Əzizova qazandırıb.

67 kq çəki dərəcəsində çıxış edən F.Əzizova Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan Avropa Təsnifat Turnirində fərqlənib. Belə ki, təmsilçimiz yarımfinalda ukraynalı rəqibinə qalib gələrək finala yüksəlib. O, bu nəticə sayəsində Yay Olimpiya Oyunlarında çıxış etmək şansı qazanıb.

Qeyd edək ki, Azərbaycan yığmasının Tokio-2020-yə əldə etdiyi lisenziya sayı 22-yə çatıb.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR