No Image
No Image

HDQ komandanı Pakistanın döyüş gəmiləri ilə tanış oldu

HDQ komandanı Pakistanın döyüş gəmiləri ilə tanış oldu
Pakistan İslam Respublikasına səfəri çərçivəsində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Sübhan Bəkirovun rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra görüşlər keçirib.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, hərbi nümayəndə heyətimiz əvvəlcə Pakistan dövlətinin qurucusu Məhəmməd Əli Cinnahın Kəraçi şəhərindəki mavzoleyini ziyarət edərək məzarı üzərinə əklil qoyub.

Sonra Azərbaycan nümayəndə heyəti Hərbi Dəniz Qüvvələri Donanmasını ziyarət edib. Kontr-admiral S.Bəkirovun Pakistan HDQ Donanmasının komandiri kontr-admiral Ovais Ahmad Bilqrami ilə görüşü zamanı Azərbaycan və Pakistan HDQ-nin əməkdaşlığı çərçivəsində döyüş gəmiləri arasında təcrübə mübadiləsinin aparılması, hərbi dənizçilərin qarşılıqlı səfərlərin təşkili və digər məsələlər müzakirə olunub.

Nümayəndə heyətimiz Pakistan HDQ Kəraçi Komandanlığının komandanı kontr-admiral Navid Aşraf ilə də görüşüb. Tərəflər hərbi dəniz infrastrukturunun inkişaf etdirilməsi, dəniz limanlarının mühafizəsinin təşkili və digər məsələləri nəzərdən keçiriblər.

Azərbaycan hərbi nümayəndə heyəti Kəraçi Gəmiqayırma və Mühəndislik İşləri Zavodunu da ziyarət edib. Müəssisə rəhbərliyi ilə keçirilən görüşlərdə zavodun istehsal gücü, müxtəlif növ və təyinatlı gəmilərin taktiki-texniki xüsusiyyətləri, onların döyüş tətbiqi, eləcə də silahlanmasında olan döyüş vasitələri barədə ətraflı brifinq təqdim edilib.

Sonra tərəflər gəmiqayırma və gəmilərin texniki xidməti üzrə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində müzakirələr aparıb.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

3 ölkənin XİN başçıları bu gecə Bakıya gələcəklər – FOTO

Avstriya, Litva və Rumıniya xarici işlər nazirləri Aleksandr Şallenberq, Qabrielius Landsbergis və Boqdan Auresku Cənubi Qafqaz turu çərçivəsində bu gecə Bakıya...

Ceyhun Bayramov səudiyyəli həmkarı ilə görüşdü

Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri çərçivəsində 24 iyun 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramovla Səudiyyə Ərəbistanı xarici işlər naz...

Türkiyə Azərbaycan ilə valyuta mübadiləsi sazişi imzalamağa hazırlaşır

Türkiyə bir sıra ölkələrlə valyuta mübadiləsi təminatına dair danışıqlar aparır və bu sırada Azərbaycanla razılığa gəlmələri daha yaxın görünür. Sfera.az ...

Sahibə Qafarova BMT nümayəndəsi ilə görüşdü

İyunun 24-də Milli Məclisin sədri Sahibə Qafarova BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzaini ölkəmizdəki diplomatik fəaliyyətinin başa çat...

Çin növbəti dəfə dünyanı fəlakətə sürükləyir? - Təhlükə gizlədilir, qonşu ölkələr təşviş içindədir

"Çinin atom enerjisinin inkişafıyla bağlı böyük planları var. Pekin 2033-cü ilə qədər 110-dan artıq atom elektrik stansiyası tikməyi planlaşdırır. Yeni atom ele...

Paşinyanın Putinlə məxfi anlaşması - Kremlin müəmmalı susqunluğunun səbəbi bilindi

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya hərbi bazasının Ermənistan ərazisində yerləşməsini müzakirə etmək üçün Moskvaya nümayəndə heyəti göndərəcək. &n...