No Image
No Image

Maaş və ya pensiya alanlar bankları niyə özləri seçə bilmir? - Açıqlama

Maaş və ya pensiya alanlar bankları niyə özləri seçə bilmir? - Açıqlama
"Xidmətlərin inhisarlaşması, məmur biznesi və korrupsiya mövcud mənzərənin formalaşmasına rəvac verib”.

Bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycanda müştərilərin əməkhaqqı, pensiya, müavinətlərin ödənilməsi xidmətini həyata keçirən bankları sərbəst seçmək hüququna malik olmamaları səbəbindən danışarkən İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov deyib.

Onun sözlərinə görə, bu vəziyyət Azərbaycanda geniş yayılıb:
 
"Xidmətlərin inhisarlaşdırılması prosesi gedir.  Müəyyən səlahiyyət sahibləri bu səlahiyyətdən sui-istifadə edərək, dövlət tərəfindən satılan xidmətlərin öz maraqlarında olan bəzi banklara yönləndirilməsi yolu ilə həmin xidmətdən kifayət qədər böyük gəlir əldə edirlər. Belə xidmətlər Azərbaycanda ödənişsiz şərtlərlə həyata keçirilmir.  Həmin xidmət qarşılığında bəzi banklara dövlət vəsaitləri hesabına böyük kommisiyalar verilir. 
 
Eyni zamanda, məmur biznesinin geniş yayılması, korrupsiya mövcud mənzərənin formalaşmasını şərtləndirən əsas məqamdır”.
 
Rüfət SULTAN
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Əmanətlərin 55 faizi manatla saxlanılır - Kəskin artım

2021-ci ilin may ayında banklarda olan əmanətlərin həcmində nəzərəçarpacaq artım qeydə alınıb.  Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, apre...

Fermerlər taxıl sahələrini niyə yandırır? – Ekspertdən “bu, yanlış praktikadır” çağırışı

Son günlər tez-tez biçilməmiş taxıl sahələrinin yanması halları müşahidə olunur.   Maraqlıdır, taxıl sahələrinin yanması nə ilə əlaqəlidir? K...

“Qərarın işləyəcəyinə şübhə edirəm, nazirlik yanlış etdi…” - Eyyub Hüseynov plastik qabların qadağası haqda

Xəbər verdiyimiz kimi, 1 iyul tarixindən birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların idxalı, iste...

Duru yağlar kəskin bahalaşdı - YENİ QİYMƏTLƏR

Azərbaycanda əhali tərəfindən daha çox istifadə edilən duru yağların qiymətində son bir ildə yüksək artım müşahidə edilir. Sfera.az bildirir ki, qida məhs...

Azərbaycanda 47 min ailəyə 400 DOLLAR ÖDƏNİLƏCƏK

Dünya Bankı Azərbaycanda COVID-19 la mübarizə və virusun nəticələrinin aradan qaldırılması ilə bağlı yeni layihəyə başlayır. Sfera.az xəbər verir ki, "Azə...

Pandemiyada gəliri artan peşələr – İldə 100 min dollardan çox qazanc

Qlobal iqtisadi böhran müddətində qabiliyyətli insanlara çox pul qazandıran peşələr də olub. "Newsweek” tərəfindən hazırlanan bir analizdə həmin peşə növləri ha...