No Image
No Image

Millimizin üzvü olimpiadaya lisenziya üçün erməni ilə yarışacaq

Millimizin üzvü olimpiadaya lisenziya üçün erməni ilə yarışacaq
Mayın 12-də Macarıstanın Seqed şəhərində kayak və kanoe üzrə Avropa Olimpiya Təsnifat Turniri və II Dünya Kuboku start götürəcək.

Sfera.az-ın məlumatına görə, beş gün davam edəcək yarışda Azərbaycan kanoeçi Malxaz Çinçaraşvili ilə təmsil olunacaq. 24 yaşlı idmançı 1 nəfərlik qayıqla həm 1000 metr, həm də 200 metr məsafəyə yürüşlərə qatılacaq.

Olimpiya lisenziyalı turnirdə o, seçmə mərhələdə Ara Vrabyan (Ermənistan), Vadim Korobov (Litva), İlya Ştokalov (Rusiya), Maksim Petrov (Belarus), Angel Kodinov (Bolqarıstan), Zaza Nadiradze (Gürcüstan) və Sergey Tarnovski (Moldova) ilə mübarizə aparacaq. İlk "3-lüy"ə düşənlər yarımfinala yüksələcəklər.

Növbəti mərhələdən finala yüksəlmək üçün də yeni "3-lüy"ə düşmək lazımdır. Seçmə və yarımfinal mərhələləri ilk yarış günündə, finallar isə ertəsi gün olacaq. Tokio Yay Olimpiya Oyunlarına lisenziyaları ilk 2 yerdən birini tutanlar qazanacaq.

Mayın 14-də Çinçaraşvili Dünya Kubokunda 1000 metr, mayın 15-də 500 metr məsafələrə yürüşlərə qatılacaq. 1000 metr məsafəyə finallar mayın 15-də, 500 metr məsafəyə həlledici yürüş isə mayın 16-da olacaq.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR