No Image
No Image

Paşinyanın Putinlə məxfi anlaşması - Kremlin müəmmalı susqunluğunun səbəbi bilindi

Paşinyanın Putinlə məxfi anlaşması - Kremlin müəmmalı susqunluğunun səbəbi bilindi
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya hərbi bazasının Ermənistan ərazisində yerləşməsini müzakirə etmək üçün Moskvaya nümayəndə heyəti göndərəcək.
 
Müzakirələrdə Rusiya hərbi bazasının Ermənistanda yerləşməsi və istismarı üçün zəruri olan torpaq sahələrinin, eləcə də daşınmaz əmlakın Kremlə verilməsi ilə bağlı məsələlərə baxılacağı bildirilir. 
 
Maraqlıdır, Rusiya hərbi bazasının Ermənistanda yerləşməsi real görünürmü? Paşinyanın Rusiyadan uzaqlaşmasının ehtimal edildiyi bir zamanda bu nəyə hesablanıb?

Mövzunu Sfera.az-a şərh edən Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov Rusiyanın Ermənistanda hərbi baza yaratmaq istəyinin yeni olmadığını deyib:

"Nikol Paşinyan seçkiqabağı çətin vəziyyətə düşdüyü üçün Rusiya ilə bu sövdələşməyə gedib. Hətta may ayının ortalarında Paşinyan bəyanat vermişdi ki, Rusiya hərbçilərinin sərhəddə yerləşdirilməsini istəyir. Parlament seçkilərində Rusiyanın Paşinyanın qalib olmasını sakitliklə qarşılaması, Putinin onu təbrik etməsi artıq ikitərəfli razılaşmanın olmasına işarə idi. Sərhədlərin Rusiya tərəfindən qorunması Ermənistanın suverenliyinin olmamasına işarədir. Sərhəddə rus qoşunlarının yerləşdirilməsi azərbaycanlı hərbçilərlə bağlı deyil. Çünki biz heç bir halda onları təhdid etmirik. Biz yalnız Qarbağ istiqamətində təxribatlar olan zaman lazımı addımları ata bilərik”.
 
Politoloqun sözlərinə görə Azərbaycan-Türkiyə münasibətləri Ermənistanın Rusiya ilə daha da yaxınlaşmasına səbəb olacaq: "Azərbaycan-Türkiyə hərbi ittifaqının güclənməsi Rusiya-Ermənistan hərbi ittifaqının da qüvvətlənməsinə gətirib çıxaracaq. Ən maraqlı hadisələr 4 il sonra baş verəcək ki, biz buna hazırıq. Azərbaycanın boş dayanmadan Pakistan, Türkiyə ilə hərbi texniki əməkdaşlığı gücləndirməsi ona istiqamətlənib ki, lazımı anda cavab verə bilək".
 
Əzizə Zeynal
Sfera.az
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Laçın dəhlizindəki atışma xəbəri ilə bağlı Müdafiə Nazirliyindən AÇIQLAMA

Laçın dəhlizi, Xocavənd və Naxçıvan istiqamətlərində guya atəş səslərinin müşahidə edilməsi və döyüşlərin getməsi barədə Ermənistan tərəfinin yaydığı məlumatlar...

Makron İrəvandan sonra Xankəndiyə gələcək? – “99,9 faiz inanıram ki...”

"Emmanuel Makron bu avantüraya gedərsə, Bakı Parislə diplomatik münasibətləri ən aşağı səviyyəyə endirəcək”.   Bu sözləri Sfera.az-a açıqlamasında p...

Ermənilər növbəti dəfə Naxçıvandakı mövqelərimizi atəşə tutdu

İyulun 16-sı saat 10:00 radələrindən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının ...

Birgə Monitorinq Mərkəzindəki türk hərbçilər niyə susur? - “Mütləq reaksiya verilməli idi...”

"Atəşkəsin pozulması uzun müddət davam etmir, 10-15 dəqiqə çəkir. Həmin anı tutmaq, fiksə etmək məsələsində Monitorinq Mərkəzinin problemləri ola bilər”. ...

Rəsmi Bakıdan Ermənistan XİN-in addımına CAVAB

"Ermənistan XİN-in bu addımı bir daha onu göstərir ki, bu ölkə hələ də beynəlxalq hüquqa zidd olan və ərazi iddialarından çıxış edən mövqe sərgiləyir”. Sf...

Paşinyan Arayik fiqurunu şahmat taxtasından götürür – Köməkçisini Xankəndiyə göndərdi

Ötən gün Nikol Paşinyan köməkçisi Qagik İsaxanyanın Yuxarı Qarabağ ərazisinə göndərilməsinə dair bir sərəncam imzalayıb. Bundan əvvəl isə Paşinyan Putinlə Mo...