No Image
No Image

"Qarabağ"ın qapıçısı klubun tarixinə düşdü

"Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev Ağdam klubunun heyətində çempionatda 50-ci oyununu keçirib.

Sfera.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının XXV turunun "Zirə” ilə görüşündə reallaşıb.

1:1 hesabı ilə başa çatan görüşdə zədələnərək əvəzlənən qolkiper komandasının formasında yubiley görüşünün iştirakçısı olub.

Ağdam klubunda 2015/216 mövsümündə debüt edən Məhəmmədəliyev 50 matçda 27 top buraxıb. O, klub tarixinə çempionatda 50 və ya daha çox oyun keçirən 62-ci futbolçu kimi düşüb. Təcrübəli qolkiper qapıçılar arasında buna nail olan 5-ci əlcək sahibidir. Onlar arasında rekordçu 135 oyunla Fərhad Vəliyevdir. Camaləddin Əliyev 134, İbrahim Sehiç 119, Namiq Bəşirov 55 dəfə şans qazanıb.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR