No Image
No Image

Rəşad Atakişiyevin ailəsinə pensiya təyin edildi - RƏSMİ

Rəşad Atakişiyevin ailəsinə pensiya təyin edildi - RƏSMİ
Şəhid pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin həyat yoldaşına ailə başçısını itirməyə görə pensiya təyin edilib.

Sfera.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili məlumat verib.

Pensiya təyinatı pilotun iki övladına görə həyata keçirilib.

Qeyd edək ki, polkovnik-leytenant 2019-cu ilin iyulun 24-də Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcı təyyarəsi gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya düşüb. Hadisə nəticəsində R.Atakişiyev həlak olub. Nəşi isə avqustun 20-də tapılaraq dənizdən çıxarılıb.

R.Atakişiyev Prezident İlham Əliyevin göstərişinə əsasən, Vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən göstərdiyi xidmətlərə görə ölümündən sonra "Şücaətə görə” medalı ilə təltif edilib.

Mayın 7-də R.Atakişiyevə şəhid status verilib.

Pilotun iki oğul övladı yadigar qalıb.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bu da pullu oldu - AÇIQLAMA

Artıq ödənişli yolun Xızı rayonunun Yaşma və Giləzi qəsəbələri arasında yerləşən 30 kilometrlik birinci hissəsi üzrə tikinti işləri tamamlanır. Sfera.az A...

127 kq arıqlayan prodüsser arıqlamasının yollarını açıqladı

Sfera.az xəbər verir ki,  Maksim Fadeyev bu barədə öz "İnstagram"  səhifəsində yazıb. Fadeyev qeyd edib ki, o xüsusi sistem əsasında bir neçə il...

Xətaidə etiraz aksiyası: icra başçısı hadisə yerində - VİDEO

Bakıda çoxmərtəbəli yaşayış binalarının avtodayanacağında tikinti işi aparılır. Həmin binaların sakinləri isə tikintiyə narazılıq edirlər. Sfera.az xəbər ...

Bu gün təltif edilən generallar - SİYAHI

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Silahlı Qüvvələrin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.  Sfer...

Qazi baş mütəxəssis vəzifəsinə təyin edildi - FOTO

Şəhid ailəsi üzvləri və Vətən müharibəsi qaziləri ilə bağlı "Məşğulluq marafonu” çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha bir qazimizi işlə...

Şəmkirdə polisə zor tətbiq edən 3 aylıq həbs olundu

Şəmkirdə polisə zor tətbiq edən şəxs barəsində 3 aylıq həbs qəti imkan tədbiri seçilib. Bu barədə DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş in...