No Image
No Image

"Spartak" azərbaycanlı futbolçu ilə yollarını ayırdı

 

Rusiyanın "Spartak" klubu futbolçu Ayaz Quliyevlə yollarını ayırıb.

Sfera.az xəbər verir ki, "Çempionat" nəşri əslən azərbaycanlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyini yazıb.

Quliyev "Spartak"ın yetirməsi sayılır. O, 2018-ci ilin yayında 500 000 avro qarşılığında "Rostov"a keçib. Yarım ildən sonra isə Moskva klubu oyunçunu 1 milyon avroya geri qaytarıb.

25 yaşlı futbolçu ötən mövsüm Rusiya Premyer Liqasında 11 oyuna (8-i əsas heyətdə) çıxıb və 5 sarı vərəqə alıb. Bu mövsüm isə Quliyev heç bir rəsmi matçda iştirak etməyib. Onun müqaviləsi 2023-cü ilin yayınadək idi.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR