No Image
No Image

Tanınmış xanım vəkil məhkəmə zalında həbs edildi

Tanınmış xanım vəkil məhkəmə zalında həbs edildi
Tanınmış vəkil külli miqdarda mənimsəmədə ittiham edilərək hakim qarşısına çıxarılıb.

Sfera.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Vəkillər Kollegiyası Rəyasət Heyətinin keçmiş üzvü, uzun müddət 1 saylı hüquq məsləhətxanasına rəhbərlik etmiş Sümbülə Əliyevanın cinayət işi üzrə məhkəmə araşdırması başlayıb.

Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirikən məhkəmənin hazırlıq iclasında Sümbülə Əliyevanın anket məlumatları dəqiqləşdirilib.

Daha sonra onun barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs edilib.

Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) maddəsilə ittiham olunan Sümbülə Əliyeva vəkillərin ödənişlərindən vergi kimi tutulan vəsaitlərin mənimsənməsində təqsirləndirilir.

İttihama görə, Sümbülə Əliyeva Dövlət Sosial Müdafiə Fonduna və Vergilər Nazirliyinə ödənilmək üçün üçün vəkillərdən tutulan vergi və sosial sığorta haqlarını mənimsəyib.

İş üzrə zərərçəkmiş kimi Vəkillər Kollegiyası, Dövlət Sosial Müdafiə Fondu və Dövlət Vergi Xidməti tanınıb.
 
(Musavat.com)
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Prezident Anar Məmmədova polis general-mayoru rütbəsi verdi

Prezident İlham Əliyev A.M.Məmmədova polis general-mayoru ali xüsusi rütbəsinin verilməsi haqqında Sərəncam imzaladı.  Sfera.az sərəncamı təqdim edir...

Şadlıq saraylarındakı kondisioner məsələsi ilə bağlı daha bir AÇIQLAMA

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi şənlik mərasimlərinin keçirildiyi məkanlarda kondisoner və havalandırma sistemləri ilə bağlı məsələyə aydınlıq gətirib....

Xocavənddə yolda ermənilərin basdırdığı minalar aşkarlandı - VİDEO

Xocavənd Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində xidməti fəaliyyətlərini yerinə yetirərkən kəndlərarası yollarda quraşdırılmış Ermənistan isteh...

Azad olunan ərazilərə ilk növbədə bu şəxslər QAYTARILACAQ

"Məcburi köçkünlərin böyük əksəriyyəti birmənalı olaraq öz şəhərlərinə, rayonlarına, kəndlərinə qayıdacaqlar". Sfera.az xəbər verir ki, bunu Qaçqınların və Məc...

Bir qrup hərbçi “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi

Prezident İlham Əliyev iyunun 24-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi...

Şadlıq saraylarında kondisioner işləyəcək?

Nazirlər Kabineti yanında Operativ Qərargahın şənlik mərasimlərinin keçirilməsi ilə bağlı qərarı ötən gündən bəri sosial şəbəkələrdə geniş müzakirə olunur. ...